Bank Of Baku

«UniBank» ötən il aktivlərini 7% artırıb

«UniBank» ötən il aktivlərini 7% artırıb
# 04 fevral 2009 07:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 417,563 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 7,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 0,3% artaraq 123,671 mln. manata, kredit portfeli 16,5% artaraq 319,247 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 11,5% artaraq 137,057 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 27,5% artaraq 64,064 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat olub.
Qeyd edək ki, ötən il «UniBank»ın gəlirləri 82,5% artaraq 78,443 mln. manat, xərcləri isə 82,2% artaraq 69,379 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 84% artaraq 9,064 mln. manat, xalis mənfəəti isə 83,5% artaraq 6,687 mln. manat olub.
Həmçinin, bu müddət ərzində bank tərəfindən əlavə 22 mübadilə məntəqəsi, 10 filial açılıb, 6 bankomat və 48 POS-terminal quraşdırılıb. Ötən il ərzində bankın PR və marketinq xərcləri 778,011 min manat, investisiyaların həcmi isə 2,102 mln. manat olub.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 57 bankomatı və 231 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR