Bank Of Baku

Son pul hərracında «Azərtikintiservis»in 43% səhmi satılıb

Son pul hərracında «Azərtikintiservis»in 43% səhmi satılıb
# 04 fevral 2009 07:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən yanvarın 27-də keçirilən 498-ci pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Səhmləri satılmış «Azərtikintiservis» ASC Bakı şəhərinin Yasamal rayonunda yerləşir. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 263 014 manat, buraxılmış səhmləri 131 507, bir səhmin nominal dəyəri 2 manatdır. Hərraca «Azərtikintiservis» ASC-nin ümumi nominal dəyəri 112 022 manat, ilkin hərrac qiyməti isə 56 011 manat təşkil edən 56 011 səhmi (42,6%-i) çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiyməti ilə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR