Bank Of Baku

Azərbaycan banklarında nağd pulların həcmi ötən il ərzində 60% artırıb

Azərbaycan banklarında nağd pulların həcmi ötən il ərzində 60% artırıb
# 04 fevral 2009 09:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların sərəncamında olan nağd vəsaitlərin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 460,58 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən il ərzində 174,68 mln. manat və ya 61,1% artıb.
Aktivlərin bu kateqoriyası üzrə orta rüblük artım 43,67 mln. manat təşkil etdiyi halda, ilin sonuncu rübündə nağd vəsaitlərin artımı 83,68 mln. manata bərabər olub:




Cədvəldən göründüyü kimi, ötən ilin ilk yarısında bankların nağd vəsaitlərin toplanması üzrə nümayiş etdirdiyi fəallıq ikinci yarımillikdə daha da güclənib. Ümumilikdə, ilin birinci yarısında nağd vəsaitlərin həcmi yalnız 40,64 mln. manat təşkil edib. İlin dördüncü rübündə baş vermiş nağd pulların toplanması bir tərəfdən kreditləşmənin məhdudlaşmasının nəticəsi, digər tərəfdən likvidliyin toplanması və riskli aktivlərin azaldılması siyasətinin tərkib hissəsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR