Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası 6 kredit ittifaqını üzvlükdən kənarlaşdırıb

Azərbaycan Kredit İttifaqları Assosiasiyası 6 kredit ittifaqını üzvlükdən kənarlaşdırıb
# 04 fevral 2009 09:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyəti son toplantısında daha 6 kredit ittifaqının üzvlükdən kənarlaşdırılmasına dair qərar qəbul edib. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.
E.Bağırovun sözlərinə görə, 6 kredit ittifaqının üzvlükdən çıxarılmasının əsas səbəbi həmin təşkilatların Assosiasiyaya üzvlük haqlarını ödəməməsi, eyni zamanda bəzi layihələr üzrə cəlb etdikləri kreditlər üzrə öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Bu kredit ittifaqları sırasında yalnız biri könüllü şəkildə üzvlükdən imtina edib.
E.Bağırov həmçinin bildirib ki, iclasda İdarə Heyətinin qərarı ilə iki yeni kredit ittifaqının (Saatlı və Sabirabad rayonları) AKİA-da üzvlüyü təsdiqlənib. Bununla da AKİA-nın üzvlərinin sayı 47-ə çatıb.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
Dünyada isə 46 min kredit ittifaqı fəaliyyət göstərir ki, bunların da üzvlərinin ümumi sayı 172 mln. nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR