QKDK-nın hesabatına əsasən, ötən il ərzində 509 veksel buraxılıb və onlardan 7-si xüsusi xəzinə vekseli kimi qeydə alınıb. Bu növ veksellərin həcmi 2,9 mln. manata yaxın olub. Buraxılan veksellərin sayı 2007-ci ilin analoji göstəricisini 5 dəfə üstələyib:
Veksel bazarının göstəriciləri | 2008-ci il | 2007-ci il | ||
Say | Həcm | Say | Həcm | |
Buraxılıb (cəmi): | 509 | 62,75. | 102 | 30.3 |
Sadə veksel | 502 | 59,87 | 102 | 30.3 |
Xəzinə vekseli | 7 | 2,9 | - | - |
Veksel xitam edilib | 297 | 42 | 13 | 3.5 |
Veksel protest edilib | 1 | 0,087 | 1 | 0,151 |
Eyni zamanda, hesabat dövründə QKDK tərəfindən həcmi 42 mln. manat olan 297 vekselə xitam verilib, bu da 2007-ci ilin müvafiq göstəricisindən 12 dəfə çoxdur.
Xatırladaq ki, 2007-ci ildə ümumilikdə 30 mln. manat həcmində sadə veksel buraxılıb və bu həcm 2006-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 57% artıb.