Bank Of Baku

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb
# 04 fevral 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) mobil telefon aparatının alınması üçün «Faizsiz» adlı kredit kampaniyasına start verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, müştəri bankın tərəfdaşları olan «NLT Telekom» və «World Telekom» mağazalar şəbəkəsindən mobil telefon alarkən faiz ödəməyəcək, kredit isə ilkin ödəniş olmadan 6 ay müddətinə verilir və kreditin maksimal məbləği 600 ABŞ dolları ola bilər. Krediti rəsmiləşdirmək üçün yerlərdə şəxsiyyət vəsiqəsi və müştərinin iş yerindən məvacibi qeyd olunan arayış təqdim etmək kifayətdir.
Qeyd edək ki, «Faizsiz» kredit kampaniyası («15 il qazan», «Nümunəvi Müştəri» və «Nağd Pul») bankın 2009-cu ilin əvvəlindən müştərilərə təqdim etdiyi 4-cü analoji məhsuldur.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ildən fəaliyyət göstərir. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 183,886 mln. manat, kredit portfeli 152,049 mln. manat, depozit portfeli 141,607 mln. manat, məcmu kapitalı 25,533 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
Bankın respublika üzrə 15 filialı, 18 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR