Bank Of Baku

AGBI indeksi 1,0093, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0093, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 04 fevral 2009 13:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0090 bənd və ya 0,9% artaraq 2009-cu ilin fevral ayının 4-nə 1,0093 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0001 təşkil edib.
Yanvarın 3-də ümumi həcmi 23 mln. manat olan üç DQİ buraxılışı üzrə ödəniş aparılıb və ümumi həcmi 25 119,2 min manat olan iki buraxılış yerləşdirilib. Nəticədə, dövriyyədə olan həcm 2 119,2 min manat artıb ki, bu da AGBI indeksinin artmasında əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR