Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,9004 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,9004 təşkil edib
# 05 fevral 2009 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0090 bənd və ya 0,89% azalaraq 2009-cu ilin fevral ayının 5-nə 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,0997 bənd və ya 9,97% azalaraq 0,9004 təşkil edib.
ANBDI indeksinin kəskin azalması fevralın 4-də 40 mln. manat həcmində notların ödənişi aparılmaqla dövriyyədən çıxarılması və 30 mln. manat həcmində yeni buraxılışın yerləşdirilməsi nəticəsində müşahidə olunub. Nəticədə, dövriyyədə olan notların həcmi 10 mln. manat azalıb.
AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR