Bank Of Baku

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının missiyası Azərbaycana gələcək

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının missiyası Azərbaycana gələcək
# 05 fevral 2009 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının sonunda İslam İnkişaf Korporasiyasının üzvü olan Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (İnternational İslamic Trade Finance Corporation) missiyasının Azərbaycana səfəri gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında «Turanbank» Səhmdar Kommersiya Bankı (SKB) strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyev bildirib.
R.Tanrıverdiyevin sözlərinə görə, səfər çərçivəsində korporasiyanın nümayəndələri ilə «Turanbank»ın İdarə Heyətinin sədri Nazim Sadıqov arasında görüş keçiriləcək. Görüş zamanı «Turanbank»ın idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üçün vəsaitin ayrılması və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, «Turanbank» Azərbaycandakı kommersiya bankları sırasında «Kövsər Bankdan» sonra şəriət qaydaları ilə də fəaliyyət göstərən ikinci bank təşkilatıdır. İslam İnkişaf Korporasiyası tərəfindən indiyədək banka 1 mln. ABŞ dolları həcmində kredit ayrılıb. Həmin vəsaitlər şəriət qaydalarına uyğun olaraq səhiyyə, istehsalat və kənd təsərrüfatı sahələrinə ayrılıb.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivləri 84,211 mln. manat, kredit portfeli 66,686 mln. manat, depozit portfeli 30,726 mln. manat, məcmu kapitalı 19 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR