Bank Of Baku

Azərbaycandakı bankların müxbir hesablarda vəsaitləri kəskin azalıb

Azərbaycandakı bankların müxbir hesablarda vəsaitləri kəskin azalıb
# 05 fevral 2009 08:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların müxbir hesablarda vəsaitlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 959,52 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin əvvəlində bu göstərici 693,12 mln. manat olub və beləliklə, illik artım 266,4 mln. manat və ya 38,4%-ə bərabərdir.
Eyni zamanda, il ərzində müxbir hesablarda vəsaitlərin həcmi daha yüksək səviyyəyə çatıb və IV rübdə kəskin azalma müşahidə olunub:




İlin sonuncu rübündə müxbir hesablarda vəsaitlərin həcmi 287,58 mln. manat təşkil edib ki, bu da yekunlaşdırıcı illik artımdan yüksək göstəricidir. Ümumilikdə, cədvəldən də göründüyü kimi, bank praktikasına uyğun, aktivlərin bu kateqoriyası həcm baxımından dəyişkənlik nümayiş etdirir. Lakin IV rübdə bu cür kəskin azalma nəzərə çarpan bir hadisədir, çünki təkcə bazarın cari və daxili amilləri ilə bağlı deyil. Belə ki, Azərbaycan banklarının müxbir hesablarda vəsaitlərinin azalması dünya maliyyə böhranının meydana çıxması ilə üst-üstə düşüb və bu, təsadüfi deyil. Bu prosesdə bir neçə amil rol oynayıb. Böhran şəraitində etibarlıq səviyyəsi aşağı düşür və iqtisadi subyektlər, o cümlədən banklar vəsaitlərini toplamağa çalışır. Bundan əlavə, xarici öhdəliklərin icrası üçün banklar ümumiyyətlə vəsaitlərin toplaması ilə məşğul olub ki, onların likvidliyi kəskin artıb. Bu, həmçinin nağd vəsaitlərin artımında da aydın görünür. Nəticədə, yanvarın 1-nə nağd pulların həcmi 460,58 mln. manat təşkil edib və il ərzində orta rüblük artımı 43,67 mln. manat olduğu halda, ilin sonuncu rübündə nağd vəsaitlərin artımı 83,68 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR