Bank Of Baku

Azərbaycanda kredit qoyuluşlarının xalis artımı ötən il 7,8% yüksəlib

Azərbaycanda kredit qoyuluşlarının xalis artımı ötən il 7,8% yüksəlib
# 05 fevral 2009 09:10 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən 2008-ci il ərzində 9 828,2 mln. manat həcmində yeni kreditlər verilib və bu, əvvəlki illə müqayisədə 46,49% çoxdur. Bu barədə «APA-Economics» Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
Hesabat ilində yeni verilmiş kreditlərin həcmi kredit borcları üzrə ödənişlərin məbləğini üstələyib. Nəticədə, kredit qoyuluşlarının xalis artımı 2 481,4 mln. manata bərabər olub və 2007-ci ilin müvafiq göstəricisini 179,5 mln. manat və ya 7,8% üstələyib. Bunun hesabına kredit qoyuluşlarının qalığı cari ilin əvvəlinə 7 163,2 mln. manata qədər yüksəlib:




AMB-nin hesablamalarına görə, bank sektorunun kredit portfeli ölkənin qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi son bir ildə 12,3%-dən 41%-ə qədər artıb.
Maraqlıdır ki, 2008-ci il ərzində cəmi kredit qoyuluşunun 97,6%-ni banklar tərəfindən verilən kreditlər, 2,4%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. Son bir ildə bankların kredit qoyuluşları 53,5%, qeyri-bank kredit təşkilatlarının ssudaları isə 36,5% artıb.
Xatırladaq ki, kredit qoyuluşlarının artmasının başlıca mənbəyi banklarda əmanət və depozitlərin artımı olub. Əmanət və depozitlərin ümumi məbləği əvvəlki illə müqayisədə 2008-ci ildə 32,1% artaraq 4 505,7 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR