Bank Of Baku

Azərbaycanda yığılan gömrük vergi və rüsumlarının həcmi yanvarda 17,5% artıb

Azərbaycanda yığılan gömrük vergi və rüsumlarının həcmi yanvarda 17,5% artıb
# 05 fevral 2009 09:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2009-cu ilin yanvar ayında 104,11 mln. manat həcmində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Komitə tərəfindən proqnoza 0,1% artıqlaması ilə əməl olunub. Bu barədə «APA-Economics»ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yanvar ayında dövlət büdcəsinə köçürülmüş gömrük vergi və rüsumları 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,47 mln. manat və ya 17,45% çoxdur.
Qeyd edək ki, 2008-ci il ərzində DGK tərəfindən dövlət büdcəsinə 1 110,4 mln. manat vəsait köçürülüb və bu, illik proqnozdan 0,03% çoxdur.
Bu il isə dövlət büdcəsinin daxilolmalarında DGK üçün 1,3 mlrd. manat proqnoz müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR