BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında əqdlərin 91,33%-i dövlət qiymətli kağızları ilə aparılıb. Hesabat ayında birjanın tarixində ilk dəfə olaraq ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 5 dəfədən çox olub. Səhmlərin ilkin bazarının həcmi isə 182 dəfədən çox artıb. Bundan başqa, səhmlərin təkrar və ilkin bazarında həcmlə yanaşı əqdlərin miqdarı da müvafiq olaraq 9-dan 163-ə və 2-dən 25-dək artıb.
Birja fəallığının artımı qiymətli kağızların birja bazarının bütün seqmentlərində müşahidə olunmayıb. Azalma notların ilkin və təkrar bazarında qeydə alınıb – müvafiq olaraq 52,52% və 63,03%. Korporativ istiqrazlarla əməliyyatlar yalnız təkrar bazarda aparılıb.
Ümumiyyətlə, korporativ qiymətli kağızlar sektoru 81 dəfə, dövlət qiymətli kağızlar sektoru isə 1,62 dəfə artıb.
Bazarın seqmentləri | Yanvar,2009 | Yanvar, 2008 | Nisbət (%) | ||
Əməliyyatların həcmi (AZN) | Əməliyyatların miqdarı | Əməliyyatların həcmi (AZN) | Əməliyyatların miqdarı | ||
DQİ (yerləşdirmə) | 33 733 973,62 | 20 | 9 338 999,90 | 7 | 361.22 |
DQİ (təkrar bazar) | 23 887 126,26 | 20 | 0.00 | 0 | - |
Notlar (yerləşdirmə) | 100 739 761,42 | 42 | 212 160 764,68 | 63 | 47,48 |
Notlar (təkrar bazar) | 24 733 082,10 | 15 | 66 901 322,10 | 55 | 36,97 |
Repo əməliyyatları | 809 250 798,82 | 118 | 323 432 575,71 | 107 | 250,21 |
Cəmi DQK bazarı | 992 344 742,22 | 215 | 611 833 662,39 | 232 | 162,19 |
Korporativ istiqrazlar (yerləşdirmə) | 0.00 | 0 | 700 000,00 | 12 | - |
Korporativ istiqrazlar (təkrar bazar) | 2 139 135,00 | 4 | 67 608,00 | 8 | 3164,03 |
Səhmlər (yerləşdirmə) | 71 256 430,00 | 25 | 390 500,00 | 2 | 18 247,49 |
Səhmlər (təkrar bazar) | 20 854 646,60 | 163 | 4 071,80 | 9 | 512 172,67 |
Cəmi KQK bazarı | 94 250 211,60 | 192 | 1 162 179,80 | 31 | 8109,78 |
Cəmi | 1 086 594 953,82 | 407 | 612 995 842,19 | 263 | 177,26 |
DQİ – dövlət qısamüddətli istiqrazlar;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.