Bank Of Baku

«Paşa Sığorta» şirkəti bu il daxilolmalarını 20% artıracaq

«Paşa Sığorta» şirkəti bu il daxilolmalarını 20% artıracaq
# 05 fevral 2009 10:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti 2009-cu il ərzində sığorta daxilolmalarının 18,5% artaraq 10 mln. manata çatacağını proqnozlaşdırır.
Şirkətin baş direktoru Nofəl Rzayevin «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin strateji planında 2008-ci ildə sığorta haqlarının 8 mln. manatdan bir qədər çox olacağı nəzərdə tutulurdu. Nəticədə, ötən reallıqda 8,440 mln. manat sığorta haqqı toplanılıb: «Ümid edirəm ki, bu il üçün verdiyimiz proqnoz da yerinə yetiriləcək. Onu da qeyd edim ki, sığorta haqlarının bu il ərzində 1,5 mln. manat artması cari ilin mart-aprel aylarında yeni müştərilərin cəlb ediləcəyi ilə bağlıdır».
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 8,44 mln. manat, ödənişləri isə 0,94 mln. manat olub. Şirkətin respublika üzrə məcmu daxilolmalarda xüsusi çəkisi 4,71%, ödənişlərdə isə 1,89% təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR