Bank Of Baku

Azərbaycan Milli Bankının notları üzrə gəlirlik tarixi minimuma enib

Azərbaycan Milli Bankının notları üzrə gəlirlik tarixi minimuma enib
# 05 fevral 2009 10:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankın notlarının yerləşdirilməsi üzrə keçirilən son hərracda orta ölçülmüş qiymət üzrə gəlirlik illik 3,09% səviyyəsində qeydə alınıb. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici Azərbaycanın not bazarında tarixi minimumdur.
Qeyd edək ki, notlar üzrə gəlirliyin maksimal həddi 2006-cı ildə qeydə alınıb və 13%-ə bərabər olub:




Göründüyü kimi, son illər ərzində Azərbaycanda notlar üzrə gəlirlik tədricən aşağı düşür və son aylar bu proses daha da dərinləşib. Belə ki, maliyyə bazarının bu göstəricisinin kəskin enməsi 2008-ci ilin IV rübünün ortalarında başlayıb: bu müddət ərzində notlar üzrə gəlirlik 10,21%-dən indiki 3,09%-dək enib. Yəni, son üç ay ərzində notlar üzrə gəlirlik 3 dəfədən çox enib.
Gəlirliyin enməsi hərrac zamanı banklar tərəfindən tələbatın AMB-nin təklifini 1,5-2 dəfə üstələməsi ilə müşayiət olunub. Daha dəqiq desək, gəlirliyin enməsi tələbatın təklifi üstələməsinin birbaşa nəticəsidir. Öz növbəsində, tələbatın bu dərəcədə artması banklar tərəfindən kreditləşmənin məhdudlaşdırılması ilə bağılıdır. Çünki kreditlər əvəzində banklar daha qısamüddətli və likvid aktivlərin alınmasına üstünlük verməyə başlayıb.
Qeyd edək ki, ötən il ərzində bankların investisiyalarının həcmin 323,5 mln. manat artdığı halda (yanvarın 1-nə - 795,9 mln. manat), ilin sonuncu rübündə bankların investisiyalarının artımı 237,2 mln. manat və ya illik artımın 73,3%-ni təşkil edib. Öz növbəsində Azərbaycanda bank investisiyalarının tərkibində əsas yeri qiymətli kağızlar, o cümlədən notlara yönəldilən vəsait tutur. Beləliklə, son zamanlar notlara artan tələbat eyni zamanda bu qiymətli kağızların gəlirliyini tarixi minimuma endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR