Bank Of Baku

«Bank Respublika» Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə EBRD-nin ən fəal tərəfdaşı seçilib

«Bank Respublika» Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə EBRD-nin ən fəal tərəfdaşı seçilib
# 05 fevral 2009 10:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin yekunlarına görə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən «Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank» mükafatına layiq görülüb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2003-cü ildən bu proqramda iştirak edən «Bank Respublika» əməkdaşlıq dövrü ərzində bir sıra nailiyyətlər əldə edib. Yalnız ötən il ticarətin maliyyələşdirilməsi üzrə proqramlar çərçivəsində bankın əməliyyatları 40% artaraq 37,7 mln. ABŞ dollarına çatıb.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda çıxın edən Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayından «25%+1 səhm» paketinə sahibdir.
Cari ilin yanvar ayının 1-nə «Bank Respublika»nın aktivlərinin həcmi 387,875 mln. manat, kredit portfeli 260,367 mln. manat, depozit portfeli 135,816 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib. Bankın respublika üzrə 21 filialı, 40 bankomatı və 290 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR