Bank Of Baku

Azərbaycan inflyasiya üzrə MDB-də üçüncüdür

Azərbaycan inflyasiya üzrə MDB-də üçüncüdür
# 05 fevral 2009 11:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il illik inflyasiyanın səviyyəsi üzrə Azərbaycan 20,8% göstərici ilə MDB ölkələri arasında üçüncü yeri tutub.
MDB-nin Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, 10 ölkə üzrə (Özbəkistan və Türkmənistan istisna olmaqla) aparılan hesablamalar nəticəsində birinci yeri Ukrayna (25,2%), ikinci yeri isə Qırğızıstan (24,5%) tutub:

Ölkə

İnflyasiya

Ukrayna

25,2%

Qırğızıstan

24,5%

Azərbaycan

20,8%

Tacikistan

20,4%

Qazaxıstan

17,0%

Belarus

14,8%

Rusiya

14,1%

Moldova

12,7%

Gürcüstan

10,0%

Ermənistan

9,0%



MDB üzrə orta inflyasiyanın göstəricisi 17% təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 7 faiz bəndi çoxdur.
Qeyd edək ki, Azərbaycanda 2007-ci ildə inflyasiya 16,7%, 2006-cı ildə 8,3%, 2005-ci ildə 9,6%, 2004-cü ildə 6,7%-ə bərabər olub. Göründüyü kimi, bu makroiqtisadi göstərici son illər kəskin artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR