Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası fevralın sonunda yeni tədris kursuna başlayır

Azərbaycan Sığortaçılar Assosiasiyası fevralın sonunda yeni tədris kursuna başlayır
# 05 fevral 2009 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 20-də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Maliyyə Nazirliyi, Auditorlar Palatası və «MAK Azerbaijan» Şirkətlər Qrupunun təşkilatı dəstəyi ilə «Sığorta şirkətində daxili audit xidmətin yaradılması» mövzusunda tədris kursuna başlayacaq.
ASA-dan «APA-Economics»ə verilən məlumata görə, treninqin əsas məqsədi praktiki fəaliyyətdə olan menecment sisteminin daxili nəzarət sistemi ilə vəhdətini ətraflı şəkildə nəzərdən keçirməkdən ibarətdir. Bu sistemi istifadə etməklə maliyyə vəsaitlərinin və şirkətin aktivlərinin düzgün idarəetməsinə nail olmaq mümkündür.
Qeyd edək ki, kursun 6 həftə, həftə ərzində 2 tam tədris günü (98 tədris saatı) keçirilməsi planlaşdırılır. Kursda iştirak haqqı 1 050 manat təşkil edir.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda quruma 28 sığorta şirkəti üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR