Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsində ötən il 40,5 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət dövriyyəsində ötən il 40,5 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 05 fevral 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan 140 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edərək 54,9 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 47,7 mlrd. dollarını (87%-ni) ölkədən ixrac olunmuş mallar, 7,2 mlrd. dollarını (13%-ni) Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 40,5 mlrd. dollarlıq müsbət saldo yaranıb.
Xarici ticarət dövriyyəsinin həcmi 2007-ci illə müqayisədə 4,7 dəfə, o cümlədən ixrac 7,9 dəfə, idxal 25,4% artıb. İxrac-idxal əməliyyatlarının 52,8%-i Avropa İttifaqı, 7,2%-i MDB ölkələri ilə, 40%-i isə digər dövlətlərlə aparılıb. Ümumi dövriyyənin 59,3%-i Avropa, 25,3%-i Asiya, 14,9%-i Amerika, 0,5%-i Afrika qitəsi ölkələrinin, 0,02%-i isə Okeaniyanın payına düşüb.
Hesabat ilində xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (80,8%-i) İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, Türkiyə, İndoneziya, Birləşmiş Krallıq və Çin dövlətləri ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR