Bank Of Baku

Ötən il Azərbaycanın səhm bazarının dərinliyi artıb

Ötən il Azərbaycanın səhm bazarının dərinliyi artıb
# 05 fevral 2009 14:00 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın təkrar korporativ qiymətli kağızlar bazarının kapitallaşması 2008-ci ilin sonuna 208,45 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.
QKDK-dan bildirilib ki, 2007-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə korporativ səhm və istiqrazların tədavülü təkrar bazarda 31,66 mln. manat və ya 19,6% artıb. Korporativ istiqraz və səhm buraxılışlarının toplam sayı 157-dən 102-ə ensə də, onlar üzrə bağlanılan əqdlərin sayı 5 725-dən 6 270-dək artıb. Bu zaman qiymətli kağızların ümumi sayı hesabat dövründə 253 300 təşkil edib, halbuki 2007-ci ildə bu göstərici 103 200 bərabər olub.
Qeyd edək ki, 2008-ci ildə xüsusən səhm bazarının dərinliyi artıb. İl ərzində səhm bazarının ümumi həcmi 1,7 mlrd. manata çatıb ki, bunun da 88%-i ilkin bazarın, 22%-i isə təkrar bazarın payına düşüb. Səhm buraxılışında dövlət müəssisələrinin payı 61%-i keçib, onun sahə strukturunda isə maliyyə, xüsusilə də bank sektoru üstünlük təşkil edərək ümumi səhm buraxılışının 1/3-nə bərabər olub.
Ötən il ərzində səhm buraxılışı üzrə əməliyyatların sayının 2007-ci ilə nisbətən 33% azalmasına baxmayaraq, məbləği 80% artıb. İlkin bazarın dinamikasının ölkənin ümumi iqtisadi artımını üstələməsi nəticəsində, səhm bazarının ümumi həcminin ÜDM-yə nisbəti 2007-ci ildəki 3,5%-dən 2008-ci ildə 5%-ə yüksəlib. Hesabat ilində təkrar bazarda səhm ticarətinin ümumi həcmi 193 mln. manat olub ki, bu da 2007-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 31% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR