Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna daha bir bank üzv olub

Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna daha bir bank üzv olub
# 05 fevral 2009 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın daha bir bank təşkilatı – yeni yaradılmış «AzFinanas» Səhmdar Kommersiya Bankı (SKB) Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olub.
ƏSF-dən «APA-Economics»ə verilən məlumata görə, bununla da quruma üzv olan bankların sayı 39-a çatıb. Azərbaycanda fəaliyyət göstərən bankların ümumi sayı isə 47-dir.
Qeyd edək ki, iştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Xatırladaq ki, 2010-cu il yanvarın 1-dək kompensasiya məbləğinin maksimum limit həddi 6 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir və sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
ƏSF 2007-ci il avqustun 13-də fəaliyyətə başlayıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR