Bank Of Baku

«Paşa Sığorta» şirkəti xidmətlərin çeşidini genişləndirir

«Paşa Sığorta» şirkəti xidmətlərin çeşidini genişləndirir
# 06 fevral 2009 06:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti yaxın vaxtlarda sığorta xidmətləri növlərinin siyahısına daha birini əlavə edəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktoru Nofəl Rzayev bildirib.
N.Rzayevin sözlərinə görə, yeni xidmət - «Kosmik və aviasiya risklərinin sığortası» növü üzrə icazənin alınması üçün artıq Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinə müraciət edilib. «Hazırda şirkətimiz 26 könüllü və 4 icbari sığorta növü üzrə fəaliyyət göstərir. Bununla da şirkətin xidmət göstərdiyi sığorta növlərinin sayı 31-ə çatacaq», - deyə N.Rzayev bildirib.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 8,44 mln. manat, ödənişləri isə 0,94 mln. manat olub. Şirkətin respublika üzrə məcmu daxilolmalarda xüsusi çəkisi 4,71%, ödənişlərdə isə 1,89% təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR