Ölkə | ÜDM-in artım tempi |
Azərbaycan | 10,8% |
Belarus | 10,0% |
Özbəkistan | 9,4% |
Tacikistan | 7,9% |
Qırğızıstan | 7,6% |
Moldova | 7,6% * |
Ermənistan | 6,8% |
Rusiya | 5,6% |
Gürcüstan | 4,0% * |
Qazaxıstan | 2,4% |
Ukrayna | 2,1% |
* 2008-ci ilin yanvar-sentyabr ayları üzrə göstəricilər
MDB-nin Statistika Komitəsinin hesablamalarına əsasən, Birliyin bir sıra ölkəsi, o cümlədən dünya iqtisadiyyatına daha yüksək dərəcədə inteqrasiya olunan Rusiya, Ukrayna və Qazaxıstanın iqtisadiyyatı dünya maliyyə və iqtisadi böhranın təsirini hiss edib. Həmin ölkələrdə iqtisadi artım tempinin kəskin azalması maliyyə sahələrində yaranan problemlər nəticəsində baş verib. Bu problemlər arasınd Statistika Komitəsi likvidliyin və kredit resurslarının çatışmazlığı, vaxtı keçmiş borcların artması, əmanətlərin geri çağırılması kimi mühüm amilləri qeyd edir. Bundan əlavə, ilin ikinci yarısında neftin və digər xammalların ucuzlaşması da bir sıra ölkənin iqtisadi vəziyyətinə mənfi təsir göstərib.