Bank Of Baku

«United Credit Bank» martda İmişlidə filial açacaq

«United Credit Bank» martda İmişlidə filial açacaq
# 06 fevral 2009 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) İmişli rayonunda filialı bu ilin mart ayının sonunda istifadəyə veriləcək.
Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, 240 kv. metr ümumi sahəsi olan iki mərtəbəli ofisin tikintisi artıq başa çatmaq üzrədir. «İmişli filialı üçün icazənin alınması məqsədi ilə artıq müvafiq sənədlərin hazırlanmasına başlanılıb və yaxın vaxtlarda təsis sənədləri Azərbaycan Milli Bankına təqdim olunacaq. İmişli və kənar rayonların sakinləri bu filial vasitəsi ilə bütün bank xidmətlərindən, o cümlədən hesablaşma-kassa hesabı, kommunal və mobil rabitə operator xidmətləri üzrə ödənişlər, depozitlərin qəbulu, biznes kreditləri və beynəlxalq sürətli pulköçürmə əməliyyatlarından yararlana biləcəklər», - deyə V.Əliyev bildirib.
Qeyd edək ki, bununla da bankın respublika üzrə filiallarının sayı 6-ya çatacaq. Hazırda bankın Bakıda 3, regionda (Gəncə və Sumqayıt) isə 2 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 32,351 mln. manat, kredit portfeli 21,049 mln. manat, depozit portfeli 7,442 mln. manat, məcmu kapitalı 13,506 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR