Bank Of Baku

Azərbaycanda bankların mərkəzləşdirilmiş kreditlər üzrə ödədiyi faizlərin həcmi ötən il kəskin artıb

Azərbaycanda bankların mərkəzləşdirilmiş kreditlər üzrə ödədiyi faizlərin həcmi ötən il kəskin artıb
# 06 fevral 2009 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Milli Bankın (AMB) kreditləri üzrə ödədiyi faizlərin həcmi 2008-ci ildə 13,08 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, 2007-ci il ərzində banklar AMB-nin kreditləri üzrə 9,49 mln. manat həcmində faiz ödəyib, yəni son bir ildə bu göstərici 38% artıb.
Qeyd edək ki, ödənilmiş faizlərin həcminin rüblər üzrə bölgüsünə diqqət yetirsək görərik ki, I rübdə 2,64 mln. manat, II rübdə 2,67 mln. manat, III rübdə 3,32 mln. manat, IV rübdə isə 4,45 mln. manat ödənilib. Ödənilən faizlərin həcmi birbaşa verilən kreditlərin həcmindən asılıdır və faizlərin IV rübdə artması banklar tərəfindən Milli Bankdan alınan kreditlərin həcminin artdığını göstərir.
Eyni zamanda, kreditlər üzrə faizlərin miqdarı uçot dərəcəsindən də asılıdır. Xatırladaq ki, IV rübdə AMB uçot dərəcəsini kəskin endirib (15%-dən 8%-dək) və bu, alınan kreditlərin həcminin daha yüksək templə artdığını göstərir. Milli Bankın hesablamalarına əsasən, 2008-ci il ərzində AMB tərəfindən kommersiya banklarına verilən kreditlərin həcmi 2007-ci illə müqayisədə təxminən 2 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR