Bank Of Baku

«Muğanbank» EBRD-dən yeni kredit alacaq

«Muğanbank» EBRD-dən yeni kredit alacaq
# 06 fevral 2009 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğanbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin birinci yarısında Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 3 mln. ABŞ dolları həcmində növbəti kredit cəlb edəcək.
Bankın İdarə Heyətinin sədr müavini Etibar Qasımlının sözlərinə görə, bank ötən il ərzində EBRD-dən cəlb etdiyi bütün vəsaitlərin istifadəsini tam başa çatdırıb. Növbəti kredit xətti üçün 3 mln. dollar həcmində sifariş göndərilib və bu məsələ hazırda EBRD tərəfindən müzakirə edilir.
E.Qasımlının sözlərinə görə, cəlb olunacaq vəsaitlər Azərbaycanda mikro və kiçik kreditlərin maliyyələşdirilməsinə sərf ediləcək.
Qeyd edək ki, «Muğanbank» EBRD ilə əməkdaşlıq çərçivəsində indiyədək 13 mln. dollar cəlb edib. Bunun 8 mln. dolları kiçik və orta sahibkarlığın inkişafına, 5 mln. dolları isə ticarətin maliyyələşdirilməsinə sərf olunub.
Xatırladaq ki, «Muğanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 100,747 mln. manat, kredit portfeli 36,5% artaraq 66,40 mln. manat, depozit portfeli 39,986 mln. manat, məcmu kapitalı 14,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 25 filialı, 26 bankomatı və 62 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR