Bank Of Baku

Azərbaycanda ilk həyat sığortası şirkəti yaradılıb

Azərbaycanda ilk həyat sığortası şirkəti yaradılıb
# 06 fevral 2009 09:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti ölkədə ilk dəfə olaraq özünün həyat sığortası şirkətini – «Atəşgah Həyat Sığortası»nı təsis edib.
«Atəşgah Sığorta»nın İdarə Heyətinin sədr müavini Tələt Səfərovun «APA-Economics»ə verdiyi məlumata görə, bu şirkətin yaradılması «Atəşgah Sığorta»ya konsolidasiya olunan «Kavkaz Sığorta» şirkətinin adının dəyişdirilməsi nəticəsində mümkün olub.
Qeyd edək ki, cari ilin yanvar ayında «Atəşgah Sığorta» Müştərək Müəssisəsi həyat sığortasına aid olan sığorta sinifləri üzrə sığorta və təkrarsığorta müqavilələrini «Kavkaz Sığorta» ASC-yə ötürüb. «Kavkaz Sığorta» şirkəti isə öz növbəsində qeyri-həyat sığortasına aid olan sığorta sinifləri üzrə sığorta və təkrarsığorta müqavilələrini «Atəşgah Sığorta»ya təhvil verib.
Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), Azərbaycan Dövlət Neft Şirkəti (30%) və «Ran Exim» (21%) şirkətləri daxildir. Şirkətin ötən il topladığı sığorta haqlarının həcmi 16,35 mln. manat, ödənişləri isə 8,91 mln. manat olub. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
Təsisçisi üç fiziki şəxs olan «Kavkaz Sığorta» şirkəti isə 1998-ci ildən fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR