Bank Of Baku

İnvestisiyaların artım tempinə görə Azərbaycan MDB-də ikinci yerdədir

İnvestisiyaların artım tempinə görə Azərbaycan MDB-də ikinci yerdədir
# 06 fevral 2009 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Əsas kapitala yatırılan investisiyaların 2008-ci ildəki artım tempi üzrə Azərbaycan 34,3% göstərici ilə MDB ölkələri arasında ikinci yeri tutub.
MDB-nin Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, hesabat 10 ölkə üzrə (Türkmənistan və Gürcüstan istisna olmaqla) aparılıb. Bu siyahıda 60,8% göstəricisi ilə ilk yeri Tacikistan, investisiyaları 23,1% artan Belarus isə üçüncü yeri tutub:

Ölkə

İnvestisiyaların artım tempi

Tacikistan

60,8%

Azərbaycan

34,3%

Belarus

23,1%

Özbəkistan

22,4%*

Rusiya

9,1%

Moldova

9,0%

Ukrayna

4,7%*

Qazaxıstan

4,6%

Ermənistan

1,7%


* 2008-ci ilin yanvar-sentyabr ayları üzrə göstəricilər

Qeyd edək ki, ötən il əzində Qırğızıstanda investisiyaların azalması müşahidə olunub. Azalmanın həcmi 5,1% təşkil edib.
MDB-nin Statistika Komitəsinin şərhində bildirilir ki, əksər ölkələrdə əsas kapitala yönəldilən investisiyaların artım tempinin azalması qeydə alınıb və bunun əsas səbəbləri kimi müəssisələrin öz vəsaitlərinin çatışmazlığı və kredit resurslarının bahalaşması amilləri qeyd olunur.
Eyni zamanda, bir sıra ölkədə investisiyaların iri həcmdə artması davam edib ki, buna dövlət büdcəsi və xarici investorlar hesabına nail olunub. Qeyd edək ki, Azərbaycan da bu ölkələr sırasındadır. Ümumilikdə, Azərbaycanda əsas kapitala investisiyaların həcmi 2008-ci ildə 9,073 mlrd. manat təşkil edib ki, bunun da böyük hissəsi dövlət büdcəsi hesabına həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR