Bank Of Baku

Azərbaycan Milli Bankının notlarına tələbat azalır

Azərbaycan Milli Bankının notlarına tələbat azalır
# 06 fevral 2009 13:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) 2008-ci il ərzində qeydiyyatdan keçirdiyi qısamüddətli notlarının emissiyasının ümumi həcminin 65,1%-ni faktiki olaraq yerləşdirib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində notların yerləşdirilməsi üzrə keçirilən 51 hərracda ümumilikdə 1 647,3 mln. manat həcmində not realizə olunub, məcmu emissiyanın həcmi isə 2 530 mln. manat təşkil edib.
Hesabata ili ərzində Milli Bankın qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik azalaraq dövrün əvvəlində keçirilən ilk hərracdakı 10,9%-dən sonuncu hərracda 4,7%-dək enib. Notlar üzrə təkrar bazarın həcmi 312,7 mln. manat (281 əqd) təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 84% çoxdur.
Qeyd edək ki, 2007-ci ilin müvafiq hesabatına əsasən, həmin dövrdə notların yerləşdirilməsi üzrə Milli Bank tərəfindən 52 hərrac keçirilib, emissiyanın ümumi həcmi 2 650 mln. manat, yerləşdirilmiş notların həcmi isə 1 920 mln. manat (72,5%) təşkil edib. Eyni zamanda, 2007-ci ildə AMB-nin qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik ilin əvvəlindəki 12,33%-dən 10,56%-dək enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR