Bank Of Baku

«Muğan Bank» ipoteka üçün İFC-dən kredit alacaq

«Muğan Bank» ipoteka üçün İFC-dən kredit alacaq
# 06 fevral 2009 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) ipoteka proqramının icrası üçün Beynəlxalq Maliyyə Korporasiyasından (İFC) kredit cəlb etmək niyyətindədir.
Bankın İdarə Heyətinin sədr müavini Etibar Qasımlının «APA-Economics»ə verdiyi məlumata görə, kreditlə bağlı artıq İFC tərəfindən müvafiq sorğular göndərilib. Hazırda bankın nümayəndələri tərəfindən bu sorğunun cavablandırılması prosesi aparılır. Sorğular İFC-yə təqdim olunduqdan sonra kreditin məbləği dəqiqləşəcək.
E.Qasımlının sözlərinə görə, proqramın şərtləri, o cümlədən faiz dəhlizi, müddəti və ilkin ödənişi bazarın şəraitinə uyğun olaraq müəyyənləşdiriləcək. Proqram üzrə kredit portfelinin birinci il ərzində 5 mln. manata, ikinci il 15 mln. manata, üçüncü il isə 25-30 mln. manata çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 100,747 mln. manat, kredit portfeli 36,5% artaraq 66,40 mln. manat, depozit portfeli 39,986 mln. manat, məcmu kapitalı 14,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Bankın hazırda respublika üzrə 25 filialı, 26 bankomatı və 62 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR