Bank Of Baku

Yaxın günlərdə Azərbaycanın daha bir sığorta şirkəti ASC-yə çevriləcək

Yaxın günlərdə Azərbaycanın daha bir sığorta şirkəti  ASC-yə çevriləcək
# 06 fevral 2009 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaxın günlərdə hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətə (ASC) çevriləcək.
Şirkətin baş direktoru Nofəl Rzayevin «APA-Economics»ə verdiyi məlumata görə, bu ilin fevral ayının 15-dək statusun dəyişdirilməsi ilə bağlı bütün proseduralar başa çatdırılacaq.
Xatırladaq ki, «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə əsasən, ölkədəki bütün sığorta təşkilatları ASC formasında fəaliyyət göstərməlidir. Bununla bağlı şirkətlərə 2009-cu ilin mart ayının 31-dək vaxt verilib. Həmin müddət bitdikdən sonra isə ASC-yə çevrilməyən sığorta şirkətlərinin lisenziyası məhdudlaşdırılacaq və onlara əlavə 6 ay vaxt veriləcək. Bu müddət ərzində də şirkət öz öhdəliyini yerinə yetirməzsə, lisenziya tam ləğv ediləcək.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin yalnız 3-ü («MBASK», «Beynəlxalq Sığorta Şirkəti» və «AİG Caspian») QSC və MMC statusu ilə fəaliyyət göstərir. Hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir ki, bunların ötən il ərzində topladığı məcmu sığorta haqlarının həcmi 179,26 mln. manat, ödənişləri isə 49,81 mln. manat olub.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 8,44 mln. manat, ödənişləri isə 0,94 mln. manat olub. Şirkətin ölkə üzrə məcmu daxilolmalarda xüsusi çəkisi 4,71%, ödənişlərdə isə 1,89% təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR