Bank Of Baku

«MasterCard» ötən ili 254 mln. dollar zərərlə başa vurub

«MasterCard» ötən ili 254 mln. dollar zərərlə başa vurub
# 06 fevral 2009 14:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın aparıcı ödəniş sistemlərindən olan «MasterCard» şirkəti 2008-ci ildə 254 mln. ABŞ dolları həcmində zərərlə üzləşib. «APA-Economics»in məlumatına əsasən, əvvəlki ili isə «MasterCard» 1,08 mlrd. dollar həcmində mənfəətlə başa vurub.
«MasterCard» sistemi 210 ölkədə maliyyə qurumları, fiziki şəxslər və müəssisələrin plastik kartlarına xidmət göstərir. Sistem «MasterCard», «Maestro» və «Cirrus» kimi tanınmış ödəmə kartlarının emissiya proqramlarını idarə edir. «MasterCard» sisteminin baş qərargahı Nyu-Yorkda yerləşir, sistemin 37 ölkədə nümayəndəlik və filialları var.
Qeyd edək ki, ödəmə sisteminin fəaliyyətinin zərərlə yekunlaşması son zamanlar dünyada müşahidə olunan iqtisadi gerilə nəticəsində hüquqi və fiziki şəxslərin xərclərini azaltması, kartlar üzrə dövriyyə və tranzaksiyaların məhdudlaşması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR