Bakı Banklararası Valyuta Birjasından (BBVB) «APA-Economics»ə verilən məlumata əsasən, bu həftə Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi 8%-dən 5%-ə çatdırılsa da, bankların bazarda tətbiq etdiyi dərəcələr dəyişməyib:
Alətlər | 02.02.2009 | 03.02.2009 | 04.02.2009 | 05.02.2009 | 06.02.2009 |
7 gün BakIBOR (AZN) | 12,36% | 11,75% | 11,86 | 11,75 | 12,36 |
30 gün BakIBOR (AZN) | 14,50% | 14,42% | 14,64 | 14,67 | 14,5 |
90 gün BakIBOR (AZN) | 15,93% | 15,30% | 15,5 | 15,58 | 15,64 |
180 gün BakIBOR (AZN) | 16,83% | 16,88% | 16,9 | 16,71 | 16,83 |
360 gün BakIBOR (AZN) | 19,67% | 20,50% | 19,67 | 19,67 | 19,67 |
Ötən həftə ilə müqayisədə bankların mütəşəkkil pul bazarında fevralın 2-dən təklif etdiyi dərəcələr manat resursları üzrə orta hesabla 3,25 faiz bəndi qədər azalmışdı. Birja tərəfindən açıqlanan son məlumatlara görə, bu həftənin sonuna pul təklifi üzrə faiz dərəcələrinin sabitliyi ilə bərəbar manat resurslarına tələbat yüksəlir. Məhz bu səbəbdən 30, 90 və 180 günlük kreditlər üzrə cəlbetmə faiz dərəcələri müvafiq olaraq 2,56, 1,44 və 0,79 faiz bəndi azalıb:
Alətlər | 02.02.2009 | 03.02.2009 | 04.02.2009 | 05.02.2009 | 06.02.2009 |
7 gün BakIBİD (AZN) | 6,36% | 6,25% | 6,57 | 7,25 | 7,5 |
30 gün BakIBİD (AZN) | 8,92% | 8,93% | 9,29 | 8,92 | 6,36 |
90 gün BakIBİD (AZN) | 10,36% | 9,70% | 10,5 | 10,08 | 8,92 |
180 gün BakIBİD (AZN) | 10,83% | 9,75% | 10,7 | 10,5 | 10,05 |
360 gün BakIBİD (AZN) | 12,75% | 12,00% | 12,75 | 12,75 | 12,75 |
Qeyd etmək lazımdır ki, son illər ərzində ən aşağı həddə düşən bankların faiz dərəcələri birjanın hesabladığı BakİBOR (Baku İnterbank Offer Rate) və BakİBİD (Baku İnterbank Bid Rate) göstəricilərində əksini tapıb.
Xatırladaq ki, qlobal iqtisadi böhranın dərinləşməsi ilə əlaqədar son bir neçə ay ərzində Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunması məqsədi ilə mərkəzi bankın təkrar maliyyələşdirmə dərəcəsi üç dəfə azaldıb və 15%-dən 5%-ə çatdırılıb.
BakİBOR və BakİBİD - pul bazarında kreditlərin cəlb olunması və yerləşdirilməsi göstəriciləridir. Bu indikatorların hesablanması pul bazarının aparıcı bank-operatorları (market-meykerlər) tərəfindən elan edilən kreditlərin cəlb olunması və yerləşdirilməsi tarifləri əsasında aparılır.