Bank Of Baku

AGBI indeksi 1,0389, ANBDI indeksi isə 1,0003 təşkil edib

AGBI indeksi 1,0389, ANBDI indeksi isə 1,0003 təşkil edib
# 09 fevral 2009 08:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0386 bənd və ya 3,86% artaraq 2009-cu ilin fevral ayının 9-na 1,0389 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,0002 bənd və ya 0,02% artaraq 1,0003 təşkil edib.
Fevralın 6-da DQİ-lərin 10300522S seriyalı buraxılışı üzrə 5,2 mln. manat həcmində əlavə yerləşdirmə və 10500822S seriyalı buraxılışı üzrə 3 mln. manat məbləğində ilkin yerləşdirmə keçirilib. Beləliklə, dövriyyədə olan DQİ-lərin həcmi 8,2 mln. manat artıb ki, bu da AGBI indeksinin artmasında əks olunub.
ANBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR