Bank Of Baku

Asiya İnkişaf Bankının vitse-prezidentinin səlahiyyət müddəti artırılıb

Asiya İnkişaf Bankının vitse-prezidentinin səlahiyyət müddəti artırılıb
# 09 fevral 2009 08:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Bankın vitse-prezidenti olan Lourens Qrinvudun (Lawrence Greenwood) səlahiyyət müddətinin 2 il artırılmasına dair qərar qəbul edib. AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, qəbul olunmuş qərara əsasən, L.Qrinvud 2011-ci ilin fevralın 27-dək bu vəzifədə çalışacaq.
AİB-də 2006-cı ilin fevralın 28-dən vitse-prezident vəzifəsində çalışan L.Qrinvud Şərqi və Cənub-Şərqi, o cümlədən Sakit okean regionuna nəzarət edir.
Qeyd edək ki, L.Qrinvuddan başqa, AİB-in daha üç vitse-prezidenti var. Bunların sırasına xanım Ursula Şafer-Pryu (Ursula Schaefer-Preuss), Bindu Lohani (Bindu Lohani) və Xiaoyu Jao (Xiaoyu Zhao) daxildir.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarından artıq kredit ayırıb. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR