Bank Of Baku

Azərbaycan hökuməti fevralın sonunadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsini təsdiq edəcək

Azərbaycan hökuməti fevralın sonunadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsini təsdiq edəcək
# 09 fevral 2009 08:35 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsinin layihəsini bu ilin fevral ayının sonunadək təsdiq edəcəyi gözlənilir.
Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin dekabr ayında təsis olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti «Səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi üzrə Proqram»a müvafiq aparılacaq. Dünya Bankı tərəfindən maliyyələşdirilən bu proqrama uyğun hazırlanan tədbirlər planı altı mərhələdən ibarətdir. Onlardan birincisi, 2008-ci ildə başa çatdırılıb və səhiyyənin maliyyələşdirilməsi sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi ilə bərabər müvafiq tibbi müəssisələrin maddi-texniki səviyyəsinin monitorinqini əhatə edib. Cari ildə isə icbari tibbi sığortanın tətbiqi əsasən normativ-hüquqi bazanın təkmilləşdirilməsi və institusional inkişafla seçiləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti Dünya Bankı ekspertlərinin köməyi ilə hazırlanan bu qurumun saxlanılması üçün büdcə hesabına aparılacaq. Bu məqsədlə Səhiyyə Nazirliyində xüsusi islahatlar qrupu yaradılıb. Qrupun apardığı hesablamalara əsasən, 2009-cu ildə icbari tibbi sığorta ilə bağlı tədbirlərə 51 mln. manata yaxın vəsait xərclənəcək. Maraqlıdır ki, səhiyyənin maliyyələşdirilməsi üzrə yeni sxem pilot layihə kimi ilk dəfə Siyəzən rayonunda tətbiq olunacaq. İcbari tibbi sığortanın baza zərfinə bu zaman 190-a yaxın tibbi xidmət daxil olacaq.
Xatırladaq ki, planlaşdırılan islahatların və icbari tibbi sığorta sisteminin həyata keçirilməsində əsas problem tibbi sığortaya icbari ayırmalarla bağlıdır. Nəzərdə tutulur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsini təşkil edəcək əlavə vəsait hər işçi qüvvəsinin əmək haqqının 2-3%-i qədər təşkil edəcək. Ekspertlərin fikrincə, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi əlavə gəlir mənbəyi, eləcə də səhiyyə sahəsindəki vəsaitləri daha səmərəli xərcləmək imkanı yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR