Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin yanvar renkinqinə «UniCapital» başçılıq edir

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin yanvar renkinqinə «UniCapital» başçılıq edir
# 09 fevral 2009 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «UniCapital» şirkəti başçılıq edir.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 5 müştəriyə ümumi dəyəri 80 082 869,10 manat olan broker xidmətləri göstərib. İkinci yeri 5 müştəriyə ümumilikdə 47 395 845,02 manat həcmində broker xidmətləri göstərmiş «Standard Capital» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 40,8% azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 34 595 156,30 manatla «Respublika Invest» qərarlaşıb.
Qeyd edək ki, yanvar ayında brokerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə düşüb. Belə ki, ötən ilin dekabr ayında göstərilmiş broker xidmətlərinin maksimal məbləği 83 091 637,90 manat təşkil edib. Bundan başqa, bu ilin yanvar ayında dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı dəyişməz qalıb.

Mövqe (dekabr,2008)

Mövqe (yanvar,2009)

Brokerlər

Müştərilərin sayı (dekabr)

Müştərilərin sayı (yanvar)

Əməliyyatlarının həcmi (AZN)

1

1

UniCapital

6

5

80 082 869,10

3

2

Standard Capital

7

5

47 395 845,02

2

3

Respublika Invest

6

7

34 595 156,30

5

4

Brokdil-Az

1

2

17 642 674,36

4

5

BoB Broker

2

1

13 301 307,14

6

6

Azеrintertrаdе

4

4

11 350 131,82

7

7

Texnika Capital Mаnagеment

3

3

3 719 945,62

8

8

Capital Partners

1

1

3 018 413,82

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR