Bank Of Baku

Azərbaycanda birja məzənnəsi ötən həftə dəyişməyib

Azərbaycanda birja məzənnəsi ötən həftə dəyişməyib
# 09 fevral 2009 09:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi btən həftə (fevralın 2-6-da) 7,594 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 96% çoxdur.
«APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatları üzrə orta göstərici) dəyişməz qalaraq 0,8057 manat təşkil edib. Qeyd edək ki, bununla belə həftə ərzində rəsmi məzənnə 0,09%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,15%, nağd satış məzənnəsi isə 0,17% yüksəlib:




Birja bazarında məzənnə sabitliyi əvvəlki həftə ilə müqayisə daha iri dövriyyələrlə birlikdə dollar bazarının sabit olduğunu sübut edir. Bu, həmçinin nağd bazarda müşahidə olunur ki, burada da məzənnə dinamikası nəzərə çarpan deyil. Lakin, əvvəlki dövrlərdə olduğu kimi, ötən həftə ərzində bu, yalnız dollar üzrə müşahidə olunur.
Avro üzrə məzənnənin dəyişmə tendensiyası isə daha dinamik olub:




Azərbaycanda avronun rəsmi məzənnəsinin həftəlik artımı 0,54% təşkil edib. Bununla yanaşı, dolların rəsmi məzənnəsi də artıb. Belə mənzərə çox nadir hallarda müşahidə olunur - adətən həmin valyutalar üzrə mzənnlər əks istiqamətlərdə dəyişir. Ötən həftə ərzində dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,64% artıb. Azərbaycanda avronun və dolların manata qarşı məzənnələrinin dəyişmə fərqi bu göstəricidən bir qədər azdır ki, bu da ötən həftənin sonunda Milli Bank tərəfindən avronun məzənnəsinin kəskin azaldılması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR