Bank Of Baku

Azərbaycanda milli valyutanın real effektiv məzənnəsi ötən il 28% yüksəlib

Azərbaycanda milli valyutanın real effektiv məzənnəsi ötən il 28% yüksəlib
# 09 fevral 2009 10:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan milli valyutasının (manat, AZN) nominal effektiv məzənnəsi 2008-ci ildə 17,2% artıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankının (AMB) «2008-ci ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında Hesabat»ında bildirilir.
Hesablamalara əsasən, 2008-ci il ərzində 2007-ci ilin dekabrına nisbətən qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 20,7% bahalaşıb. Qeyd edək ki, ölkənin qeyri-neft sektoru üzrə rəqabət qabiliyyətini qiymətləndirmək üçün nominal və real məzənnə indekslərinin neft sektoru çıxılmaqla ticarət dövriyyəsi, idxal və ixrac göstəricilərindən istifadə edilir.
Hesabata görə, ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nisbətən ikitərəfli real məzənnələrin dəyişməsinin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi ortasını əks etdirən manatın real effektiv məzənnəsi isə (neft sektoru daxil olmaqla) 2008-ci ildə ümumi ticarət dövriyyəsi üzrə 28,2% bahalaşıb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə 2008-ci ildə ümumi ticarət dövriyyəsi üzrə 28,2% möhkəmlənib.
Milli Bankın mövqeyinə əsasən, effektiv məzənnə indeksləri ölkənin rəqabət qabiliyyətini uzunmüddətli dövrdə qiymətləndirmək üçün daha məqsədəuyğundur və buna görə, AMB effektiv məzənnənin təhlilini 2000-ci illə müqayisədə aparır.
Belə ki, 2008-ci ildə 2000-ci ilin dekabrına nəzərən manatın neft sektoru da daxil olmaqla ümumi ticarət çəkili nominal effektiv məzənnəsi bahalaşıb, daha dəqiq desək, dövr ərzində nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 0,1% ucuzlaşıb.
Qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə isə bu dövrdə bütün çəkilər üzrə möhkəmlənib. Belə ki, 2000-ci ilin dekabrına nisbətən qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 17,2% bahalaşıb. Ötən 8 ildə real effektiv məzənnə neft sektoru da daxil olmaqla ümumi ticarət dövriyyəsi üzrə 21,8% bahalaşıb. Qeyri-neft sektoru üzrə də real effektiv məzənnənin bahalaşması baş verib. Belə ki, neft sektoru istisna olmaqla, 2000-ci ilin dekabrına nəzərən real effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 14,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR