Bank Of Baku

«Texnikabank» ötən il «Western Union» sisteminin ən fəal üzvlərinin biri olub

«Texnikabank» ötən il «Western Union» sisteminin ən fəal üzvlərinin biri olub
# 09 fevral 2009 12:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) «Western Union» beynəlxalq pulköçürmə sisteminin 2008-ci ilin yekunları əsasında hazırladığı «Club 500» reytinqin ilk onluğunda qərarlaşıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Orta Asiya və MDB ölkələrindən olan iştirakçılar arasında keçirilən proqramda «Texnikabank» 6-cı yeri tutub. Qeyd edək ki, bu reytinq «Club 500»ün üzvlərinin hesabatları əsasında hər il hazırlanır.
Xatırladaq ki, ötən il ərzində «Western Union» pulköçürmə sistemi üzrə bankın dövriyyəsinin həcmi 34 mln. ABŞ dolları təşkil edib.
«Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 450,10 mln. manat, kredit portfeli 337,691 mln. manat, depozit portfeli 182,330 mln. manat, məcmu kapitalı 51,565 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,912 mln. manat təşkil edib.
Bankın respublika üzrə 35 filialı, 2 xidmət və 3 mübadilə şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR