Rəsmi bank statistikasına görə, kredit qurumlarının regionlar üzrə şəbəkəsinin artması ev təsərrüfatlarının bank xidmətlərinə çıxışını asanlaşdırıb. Ölkə üzrə əhalidən cəlb olunan əmanətlərin strukturunda Bakı şəhərinin payına 91,5% düşür, digər şəhər və rayonların payı isə ayrı-ayrılıqda heç 2%-ə çatmır.
Maraqlıdır ki, Bakı şəhəri üzrə qəbul edilən əmanətlərin 21,6%-i tələb olunanadək, 78,4%-i isə müddətli əmanətlərin payına düşür. Regionlarda isə tələb olunanadək əmanətlərin xüsusi çəkisi 62,4%, müddətli əmanətlərin xüsusi çəkisi 37,6% təşkil edir.
Əmanətlərin regional strukturu (01.01.2009) | |
Bakı | 91,5% |
Sumqayıt | 1,6% |
Gəncə | 1,1% |
Lənkəran | 0,5% |
Naxçıvan | 0,3% |
Digər | 5,0% |
Xatırladaq ki, ev təsərrüfatlarının banklarda açdıqları depozit və əmanətlərin məcmu həcmi 2008-ci ilin sonuna 1 903,7 mln. manat təşkil edib. Bu məbləğ ötən il ərzində 435,4 mln. manat və yaxud 29,7% azalıb.