Bank Of Baku

«Paşa Sığorta» şirkəti filial şəbəkəsini genişləndirir

«Paşa Sığorta» şirkəti filial şəbəkəsini genişləndirir
# 09 fevral 2009 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti filial şəbəkəsini genişləndirərək bu il ərzində daha bir regional filial açmaq niyyətindədir.
Şirkətin baş direktoru Nofəl Rzayevin «APA-Economics»ə verdiyi məlumata görə, Gəncə şəhərində açılacaq yeni filial şirkətin sayca 3-cü regional filialı olacaq. «Filialın istifadəyə verilməsi istiqamətində hazırda araşdırmalar aparılır. Şirkətin İdarə Heyətinin yaxın günlərdə keçiriləcək iclasında filialın açılması tarixinin müəyyənləşdirilməsi məsələsinə baxılacaq».
Qeyd edək ki, hazırda şirkətin Sumqayıt və Xırdalan filialları fəaliyyət göstərir.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 8,44 mln. manat, ödənişləri isə 0,94 mln. manat olub. Şirkətin respublika üzrə məcmu sığorta daxilolmalarında xüsusi çəkisi 4,71%, ödənişlərdə isə 1,89% təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR