Bank Of Baku

«Muğan Bank» Qara Dəniz Ticarət və İnkişaf Bankından kredit cəlb edəcək

«Muğan Bank» Qara Dəniz Ticarət və İnkişaf Bankından kredit cəlb edəcək
# 09 fevral 2009 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin ortalarınadək Qara Dəniz Ticarət və İnkişaf Bankından (BSTSB) 4 mln. ABŞ dolları həcmində kredit cəlb edəcək.
Bankın İdarə Heyətinin sədr müavini Etibar Qasımlının «APA-Economics»ə verdiyi məlumata görə, kreditin ayrılması məsələsi qurumun fevralın 15-16-da keçiriləcək iclasında müzakirə ediləcək.
E.Qasımlı bildirib ki, cəlb olunacaq vəsait ticarətin maliyyələşdirilməsinə sərf olunacaq.
Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 100,747 mln. manat, kredit portfeli 66,4 mln. manat, depozit portfeli 39,986 mln. manat, məcmu kapitalı 14,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 25 filialı, 26 bankomatı və 62 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR