Bank Of Baku

«Azərbaycan Kredit Bankı» yaxın aylarda ilk filialını açacaq

«Azərbaycan Kredit Bankı» yaxın aylarda ilk filialını açacaq
# 10 fevral 2009 06:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» bu ilin birinci yarısında Bakıda ilk filialını açacaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda filialın yerləşəcəyi ünvanla bağlı müzakirələr aparılır. Bankın İdarə Heyətinin növbəti aylarda keçiriləcək iclasında filialın təsis sənədlərinin hazırlanması, açılış tarixi, ünvanı və digər məsələlər müzakirə predmeti olacaq.
Xatırladaq ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» SKB 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 26,908 mln. manat, kredit portfeli 26,102 mln. manat, depozit portfeli 4,835 mln. manat, məcmu kapitalı 11,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,205 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR