Bank Of Baku

Azərbaycanın səhm bazarının ümumi həcmi yanvarda 4 dəfə artıb

Azərbaycanın səhm bazarının ümumi həcmi yanvarda 4 dəfə artıb
# 10 fevral 2009 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın səhm bazarının ümumi həcmi 2008-ci ilin müvafiq dövrünə nisbətən 4,4 dəfə artaraq 53,1 mln. manat təşkil edib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, yanvar ayının göstəricisinin 19,8 mln. manatı ilkin bazarın, 33,3 mln. manatı isə təkrar bazarın payına düşüb. Təkrar səhm ticarətinin həcmi Bakı Fond Birjasında (BFB) 20,9 mln. manat təşkil edib ki, bu da birjadankənar bazarda aparılan səhm ticarətinin həcmi (12,4 mln. manat) ilə müqayisədə 68% çoxdur.
Mütəşəkkil səhm bazarının və investisiya alətlərinin real bazar dəyərinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən BFB-da təkrar səhm ticarətinin həcmi 5 min dəfə, bağlanmış əqdlərin sayı isə 18 dəfə artıb, paralel olaraq birjadankənar bazarda səhm ticarətinin həcmi 6 dəfə, bağlanmış əqlərin sayı isə 3 dəfə azalıb.
Eyni zamanda, BFB-da 1,5 mln. səhm üzrə 163 alqı-satqı əqdi, birjadankənar bazarda isə 1,1 mln. səhm üzrə 78 alqı-satqı əqdi bağlanıb.

(mln. manatla)

 

Yanvar,2009

Yanvar,2008

Fərq (dəfə)

Səhmlərin emissiyası  

19,8

9,6

2,1

Səhmlər (alqı-satqı əqdləri)

33,3

2,4

13,9

Səhmlər birjada (alqı-satqı əqdləri)

20,9

0,0041

5 097

Səhmlər birjadankənar (alqı-satqı əqdləri)

12,4

2,4

5,2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR