Bank Of Baku

Yaxın günlərdə «AzSığorta»nın nizamnamə kapitalının artırılmasına dair qərar qəbul ediləcək

Yaxın günlərdə «AzSığorta»nın nizamnamə kapitalının artırılmasına dair qərar qəbul ediləcək
# 10 fevral 2009 08:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə «AzSığorta» şirkətinin Direktorlar Şurasının növbəti iclasında şirkətin nizamnamə kapitalının iki dəfə artırılmasına dair qərar qəbul ediləcək.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının sözlərinə görə, kapitalın iki dəfə artırılaraq 4 mln. manata çatdırılması şirkətin 2008-ci il ərzində əldə etdiyi mənfəət hesabına həyata keçiriləcək. «Daxili qaydalara uyğun olaraq, kapitalın artırılması İdarə Heyəti tərəfindən təsdiqlənib. Növbəti mərhələdə bu məsələni Direktorlar Şurası təsdiqləməlidir», - deyə X.Məmmədxanlı bildirib.
Qeyd edək ki, hazırda isə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 10,066 mln. manat, ödənişləri isə 2,328 mln. manat olub. Şirkətin respublika üzrə məcmu sığorta daxilolmalarında xüsusi payı 5,35%, ödənişlərdə isə 4,66% təşkil edib. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR