Bank Of Baku

Ötən il Azərbaycanda manatla pul bazası 50% genişlənib

Ötən il Azərbaycanda manatla pul bazası 50% genişlənib
# 10 fevral 2009 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar ayının 1-nə Azərbaycanda manatla pul bazasının həcmi 4 781,3 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci il ərzində bu göstərici 48,5% artıb.
Qeyd edək ki, pul siyasətinin əsas göstəricilərdən biri olan pul bazası mərkəzi bankın ehtiyat pulları sayılır və onun təmin edilməmiş pul kütləsini artırmamaqla pul tələbatını tənzimləmək və ümumilikdə pul siyasətini həyata keçirmək imkanlarını əks etdirir.
Ötən il ərzində pul bazasının artımı mütləq rəqəmlərdə 1 560,5 mln. manat təşkil edib. Beləliklə, orta aylıq artım 130,04 mln. manata bərabər olub. Maraqlıdır ki, dekabrda pul bazasının artımı 568,8 mln. manat, yəni orta aylıq göstəricidən 4,4 dəfə çoxdur. Eyni zamanda, ötən ilin əvvəlində pul bazasının azalması müşahidə olunub və nəticədə, yalnız martın sonunda yenidən ilin əvvəlində olan göstəriciyə yüksəlib.
Adətən pul bazasının genişlənməsi ilk növbədə mərkəzi bankın valyuta bazarında aparılan əməliyyatlar nəticəsində baş verir ki, bu proseslə paralel olaraq valyuta ehtiyatlarının azalması müşahidə olunur. Azərbaycanda bu proseslər eyni vaxtda və eyni istiqamətlərdə gedib. Belə ki, rəsmi valyuta ehtiyatlarının dekabrdakı artımı orta aylıq artımı dəfələrlə üstələyərək 788,4 mln. dollar (təxminən 640 mln. manat) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR