Bank Of Baku

Azərbaycan bank sektorunda kassa emissiyası ötən il 4% artıb

Azərbaycan bank sektorunda kassa emissiyası ötən il 4% artıb
# 10 fevral 2009 10:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemində kassa dövriyyəsi üzrə mədaxil 2008-ci il ərzində 19 567 781 500 manat, məxaric isə 21 040 905 300 manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kassa mədaxili 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 19,6%, məxaric isə 18,2% artıb.
Nəticədə, ötən il ərzində kassa emissiyasının həcmi 1 473 123 800 manat, bankların əməliyyat kassasının mədaxil və məxarici üzrə qalığını nəzərə almaqla isə 1 512 630 000 manat təşkil edib. Bu göstərici 2007-ci illə müqayisədə 3,5% artıb. Qeyd edək ki, dövrün sonuna mədaxil üzrə bank əməliyyat kassa qalığı 122 798 200 manat, məxaric üzrə isə 162 304 400 manata bərabər olub.
Mədaxil hissəsində əsas yeri xarici valyuta satışı (29,40%), qeyri-dövlət müəssisələrindən daxilolmalar (19,54%) və əhalinin əmanətləri (12,62%) tutub.
Məxaricin strukturunda isə əsas hissə (34,58%) əmək haqqını nəzərə alınmadan qeyri-dövlət müəssisələrinin ödənişlərinin payına düşüb. Bundan başqa, əhalinin əmanətləri 11,03%, xarici valyutanın alışı 10,59% paya malik olub.
Xarici valyuta satışından daxil olan vəsaitlərin illik artımı 46,2%, qeyri-dövlət müəssisələrindən mədaxilin azalması 29,2% təşkil edib, əhalinin əmanətləri hesabına daxilolmaların həcmi isə 2,1 dəfə artıb. Eyni zamanda məxaricin əsas hissələri olan qeyri-dövlət müəssisələrinin ödənişləri 16% azalıb, əhalinin əmanətləri hesabından məxaric 2 dəfə, xarici valyutanın alınmasına çəkilən xərclər isə 36,6% artıb.
Bank sistemində gündəlik kassa mədaxili 53 464 000 manat, məxarici isə 57 489 000 manat təşkil edib.
Beləliklə, bankların kassa dövriyyəsi kəsirlə həyata keçirilir ki, bunun nəticəsində emissiya hesabına pul kütləsi artırılır. Ümumilikdə, bank məxaricinin mədaxili üstələməsi banklarda pul dövriyyəsinin fəallığını əks etdirir. Eyni zamanda, qeyri-dövlət müəssisələri üzrə bank pul dövriyyəsinin azalması müsbət hal deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR