Bank Of Baku

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf tempi rekord həddə çatıb

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf tempi rekord həddə çatıb
# 10 fevral 2009 10:48 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın müasir tarixində ilk dəfə olaraq milli iqtisadiyyatın qeyri-neft sektorunda formalaşan ümumi daxili məhsulun (ÜDM) artım tempi 2008-ci ildə 15,7% təşkil edib. Bu barədə «APA Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
AMB-dən bildirilib ki, ölkənin qeyri-neft ÜDM göstəricisi ötən il 14 750,7 mln. manata çatıb. İlkin hesablamalar onu göstərir ki, bu göstərici son 5 ildə 3,32 dəfə artıb. Son bir ildə isə qeyri-neft ÜDM-in artım tempi 4,4 faiz bəndi yüksəlib və nəticədə ilk dəfə ümumi ÜDM-in dinamikasını 1,5 dəfə üstələyib. Eyni zamanda, iqtisadiyyatın qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 38,81% təşkil edib, halbuki ötən il bu göstərici 35,22%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR