Bank Of Baku

Azərbaycanda yeni maliyyə nəzarəti orqanları yaradılır

Azərbaycanda yeni maliyyə nəzarəti orqanları yaradılır
# 10 fevral 2009 13:27 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu sənədə müvafiq olaraq, Nazirliyin tərkibində bir neçə yeni qurum yaradılacaq. Bunların sırasına Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti aiddir. Eyni zamanda, nazirliyin yanında fəaliyyət göstərən Baş Dövlət Xəzinədarlığı əsasında Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Əyar Palatasının bazasında isə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti yaradılır. Bununla yanaşı, yeni yaradılan qurumların əsasnamələri də təsdiqlənib.
Maliyə Nazirliyindən «APA-Economics»ə bildirilib ki, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı) və dövlət büdcəsinin Təminat Fondunun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycana olan borcunun reyestrini aparacaq.
Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, eləcə də dövlət zəmanəti ilə alınan kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirəcək.
Öz növbəsində Dövlət Sığorta Nəzarəti Xidməti sığorta fəaliyyəti sahəsində dövlət tənzimləməsini və nəzarətini təmin edəcək.
Dövlət Xəzinədarlığı Agentliyi isə dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan qurum kimi fəaliyyət göstərəcək.
Eyni zamanda, Xəzinədarlıq Agentliyi büdcə xərcləri üzrə hökumət adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən və dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsini həyata keçirəcək.
Bundan başqa, ölkədə ilk dəfə yaradılan Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti dövlət əyar nəzarətini, qiymətli metalların və qiymətli daşların istehsalı, istifadəsi, dövriyyəsi və saxlanılması sahəsində dövlət nəzarətini reallaşdıracaq.
Nazirlikdən bildirilib ki, yeni icra hakimiyyəti orqanlarının yaradılmasının məqsədi dövlət büdcəsi vəsaitinin və dövlət borcunun idarə edilməsi, dövlət xəzinədarlığı, dövlət maliyyə, əyar, sığorta fəaliyyəti, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin müasir tələblərə uyğun təşkilini təmin etməkdir. Bu qurumun və yuxarıda adı çəkilən digər yeni hökumət orqanlarının yerli bölmələri də yaradıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR